Misirdə beynəlxalq
incəsənət festivalında Azərbaycan musiqisi
Aprelin 19-da Qahirədəki
"Səlahəddin" qəsr
kompleksinin səhnəsində
illik beynəlxalq zərb alətləri və ənənəvi incəsənət festivalı
("The International Festival for Drums and Traditional Arts "Drums
Dialogue for Peace") açılıb. Misirin Mədəniyyət
Nazirliyi tərəfindən
təşkil olunan festivalda dünyanın
20-dən çox ölkəsindən,
o cümlədən Azərbaycandan
musiqiçilər iştirak
edirlər.
Azərbaycanı təmsil edən
nümayəndə heyətinin
rəhbəri Pərvin
Əfəndiyevanın, həmçinin
musiqiçilərimizdən Gülnar Həşimova (xanəndə), Elşən
Tahirov (tar), Qönçə
Mehdiyeva (kamança),
Zəminə Babayeva (qanun), Elnur Hüseynov
(balaban), Mehman Xaliqzadə (nağara) və Qurban Abasovun (zərb) daxil olduğu instrumental ansambl tamaşaçılara
koloritli Azərbaycan milli musiqisini təqdim edib.
Tamaşaçılar Azərbaycan musiqiçilərinin
ərəb dilində
ifalarını və
"Sarı gəlin"
xalq mahnısını
böyük maraqla qarşılayıb, onları
ürəkdən alqışlayıblar.
Beynəlxalq zərb alətləri və ənənəvi
incəsənət festivalı aprelin 25-də
başa çatacaq.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 16.