Nəğməli həyat

 

Xalq artisti Ramiz Mirişlinin yubileyi qeyd edildi

 

Aprelin 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti, professor Ramiz Mirişlinin 80 illiyinə həsr olunan yubiley gecəsi keçirildi. Tədbir iştirakçıları öncə foyedə bəstəkarın ömür yolundan bəhs edən fotosərgi ilə tanış oldular.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubilyarı təbrik etdi, Ramiz Mirişlinin müxtəlif janrlarda yazdığı əsərlərin musiqisevərlərin geniş rəğbətini qazandığını, mahnılarının sevilərək ifa olunduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 aprel tarixli sərəncamı ilə sənətkar “Şərəf” ordeni ilə təltif edilib. Nazir ordeni yubilyara təqdim etdi.

Yüksək təltifə görə ölkə başçısına dərin təşəkkürünü bildirən Ramiz Mirişli bildirdi ki, ulu öndər Heydər Əliyev mədəniyyət və incəsənət nümayəndələrinə həmişə diqqət və qayğı göstərib. Prezident İlham Əliyev bu ənənəni uğurla davam etdirir. Sənətkar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətimizin, xüsusilə milli musiqi sənətimizin inkişafı, təbliği sahəsində xidmətlərini yüksək qiymətləndirdi.

Sonra söz musiqiyə verildi. Gecədə Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və baş dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik OrkestriXalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının müşayiəti ilə tanınmış ifaçılar bəstəkarın “Zamanın səsi”, “Oxu, tar”, “Məşəl kimi yanan ürək”, “Odlar oğlu”, “Azərbaycan gözəli”, “Gözlə məni” və digər əsərlərini ifa etdilər.

 

Savalan

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 6.