Ölkəmiz
beynəlxalq xeyriyyə yarmarkasında təmsil olunub
İspaniyanın paytaxtı Madriddə Diplomatların Beynəlxalq Assosiasiyasının (Associacion Internacional de Diplomaticos en Espana-AİDE) təşkilatçılığı ilə “KERMES-2014” beynəlxalq xeyriyyə yarmarkası keçirilib. Tədbirdə 50-yə yaxın diplomatik nümayəndəlik ölkələrinin mədəniyyətini, mətbəxini və musiqisini təqdim edib.
Azərbaycanın İspaniyadakı səfirliyinin guşəsində quraşdırılmış masada ölkəmizin milli şirniyyatları - paxlava, şəkərbura, badambura, yeməklərimizdən kükü, dovğa, şərablar, milli ornamentləri əks etdirən suvenirlər, geyimlər sərgi iştirakçılarında böyük maraq doğurub. Satışa çıxarılmış bütün məhsullar az vaxtda satılıb.
İspaniya Kraliçası Sofiya Azərbaycan masasına xüsusi maraq göstərib. Kraliçaya armudu stəkan dəsti hədiyyə olunub. Sərgidə iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.
Xeyriyyə yarmarkasından əldə olunmuş vəsait İspaniya
Kraliçasının “Reina Sofia Fondu”na
köçürüləcək. Həmin vəsait serebral iflic xəstəliyindən
əziyyət çəkən uşaqların müalicəsinə
sərf olunacaq.
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 7.