Xalq artistinin yubileyi doğma rayonunda qeyd olunub

 

Ağstafa şəhərindəki Heydər Əliyev Muzey-Mərkəzində Xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq aktyorun Azərbaycan teatr kino sənətinin inkişafında əməyindən bəhs edib. Bildirilib ki, Ağstafada doğulub boya-başa çatmış aktyorun əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Tədbirdə yubilyara Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edilib.

Sonra Tariyel Qasımovun həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş olunub. Özbəkistanda yaşayıb-yaradan kinorejissor Eldar Məmmədov, şairlərdən Saqif Qaratorpaq, Barat Vüsal, Cığatel İsaqızı, Xalq artisti Cəfər Namiq Kamal yubilyarı təbrik ediblər. Tədbir konsert proqramı ilə başa çatıb.

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 7.