İlyas Əfəndiyevin 100 illiyinə həsr olunmuş tədbir

 

Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin 16 yanvar 2014-cü il tarixli sərəncamının icrası ilə bağlı Ağcabədi Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbirlər planı hazırlanıb, ədibin həyat və yaradıcılığını əks etdirən sərgi və fotostendlər təşkil edilib.

Mərkəzi kitabxanadaİlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir” adlı tədbir keçirilib. Çıxışlarda qeyd olunub ki, İlyas Əfəndiyev ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır. Xalq yazıçısının zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma qoca”, “Üçatılan” və s. roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. əsərlər daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmışdır.

Ədib əsərlərində tarixi mövzulara yer ayırmağı hər zaman özünə vətəndaşlıq borcu kimi hesab edib. “Xurşidbanu Natavan”, “Şeyx Xiyabani”, “Mahnı dağlarda qaldı”, “Tənha iydə ağacı”, “Hökmdar və qızı” pyesləri bu qəbildəndir.

İlyas Əfəndiyevin əsərlərini bu gün oxucular sevə-sevə mütaliə edirlər. Hələ neçə-neçə nəsl bu zəngin yaradıcılıqdan faydalanacaq.

 

Təranə Məmmədova,

 

Ağcabədi rayon MKS-nin direktor müavini

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 11.