"Aysel" rəqs ansamblının növbəti
uğuru
18-23 aprel tarixində Rusiyanın Yekaterinburq şəhərində "Yer-bizim ümumi evimizdir" adlı XV beynəlxalq uşaq musiqi yaradıcılığı festivalı keçirilib. Festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin "Aysel" rəqs ansamblı təmsil edib. Müxtəlif ölkələrdən 23 uşaq yaradıcı kollektivinin qatıldığı yarışmada "Aysel" rəqs ansamblı "xoreoqrafiya sənəti" nominasiyası üzrə II dərəcəli diploma və laureat adına layiq görülüb. Festival günlərində "Aysel" rəqs ansamblının üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdirərək tamaşaçıların rəğbətini qazanıblar.
1993-cü ildə yaradılan
"Aysel" rəqs ansamblının
repertuarına Azərbaycan milli rəqsləri,
habelə İspaniya, Meksika,
Türkiyə və Rusiyanın milli rəqsləri
daxildir. 1996-cı ildən etibarən ansambl Gürcüstan, İtaliya, Moldova, Türkiyə,
Ukrayna, Rusiya və başqa ölkələrdə müsabiqə
və festivallarda iştirak
edib.
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 12.