“AİTF sərgisində hər il iştirak etmək niyyətindəyik”

 

Bakıda keçirilən XIII Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisinə (“AİTF-2014”) 37 xarici ölkədən turizm təmsilçiləri, şirkət və təşkilat nümayəndələri qatılmışdı. Ümumilikdə 350-dən çox iştirakçının 60 faizi xarici şirkətlər idi. Qonaqların bir qisminin sərgi ilə bağlı təəssüratlarını, fikir və rəylərini öyrəndik.

Yelena Qvozdeva (İspaniyanı təmsil edən «Novovira» səyahət agentliyinin direktoru): «Bu sərgidə ilk dəfədir iştirak edirik. İspaniya turizm üzrə dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Səyahət agentliyimiz ölkəmizə həftədə 200-dən artıq turist gətirir, onların əsas hissəsi rusdilli turistlərdir. AİTF sərgisi haqqında eşitmişdik, indiöz gözlərimizlə görürük. Bizdən başqa daha bir İspaniya şirkəti də burada təmsil olunur. Çalışmışıq ki, stendimizdə bütün xidmətlərimiz haqqında məlumatları yerləşdirə bilək. Azərbaycanın turizm şirkətləri ilə əlaqələr qurmaq, sizləri öz ölkəmizdə görməkdən məmnun olardıq. Düzdür, azərbaycanlı turistlər də tez-tez qonağımız olur, amma istərdik ki, bu say daha çox olsun”.

* * *

Polikarpos Estatiu (Yunanıstan milli turizm təşkilatının MDB ölkələri üzrə nümayəndəliyinin direktoru): «Bu il Yunanıstan Bakı sərgisində ötən illə müqayisədə daha böyük stendlə iştirak edir. Milli stendimizdə «Nomos Travel» turizm şirkəti, Rodos adasından «Atrium Hotels&Resorts» hotellər şəbəkəsi, Yunanıstanın aparıcı turoperatoru - «Mouzenidis Group», özəl «Aegean Airlines» aviaşirkəti və digər qurumlar təmsil olunur. Bizim bütün səylərimiz azərbaycanlıları qarşıdan gələn yay mövsümündə Yunanıstanın turizm imkanları ilə hərtərəfli tanış etməyə yönəlib. Azərbaycanlı turistlər arasında ən populyar yunan adaları - Rodosa və Kritə iki birbaşa aviareysin açılması üçün əlimizdən gələni əsirgəmirik. Yunanıstan da zəngin tarixi-mədəni irsi ilə qonaqları cəlb edir, həmçinin bizdə çimərlik turizmi inkişaf edib. Stendimizdə ziyarətçilər müasir Yunanıstanın əsas turizm imkanları və proqramları ilə tanış ola və özləri üçün münasib marşrutu seçə bilərlər”.

* * *

Ameliya Tomaşeviç (Zaqreb, (Xorvatiya) turizm bürosunun nümayəndəsi): «Büromuz müxtəlif turizm tədbirləri üzrə informasiya dəstəyini təmin edir. Bizimlə birlikdə bu stenddə «Atlantis Travel» turizm şirkəti təmsil olunur. Bu isə ona dəlalət edir ki, biz əməkdaşlıq qurmaq onu inkişaf etdirmək niyyətindəyik. Azərbaycana ilk dəfə gəlmişik bu ölkənin bazarı öz imkanlarına görə bizim üçün maraqlıdır. Artıq turistlər üçün bir neçə çarter reysi həyata keçirmişik. Bu il Azərbaycan vətəndaşları üçün vizaların əldə edilməsi prosedurunun sadələşdirilməsi gözlənilir. Biz bilirik ki, ölkələrimiz arasında münasibətlər möhkəmlənir, Azərbaycan Respublikasının Prezidenti Xorvatiyanı ziyarət edib, Xorvatiya Prezidenti isə Azərbaycanda səfərdə olub. Beləliklə, viza aviareys məsələləri ən yüksək səviyyədə müzakirə olunub, lakin biz hələ ki alternativ marşrutlardan istifadə edirik. Qonaqpərvər xeyirxah sakinləri olan Zaqreb maraqlı memarlığa malik, lakin Bakı ilə müqayisədə kiçik tarixi şəhər kimi turistlərin marağını cəlb edir. Şəhərimizin rəmzi ürəkdir bu, bizim ekspozisiyada əks olunub. Zaqrebdə ləziz mətbəxi olan dadlı şərablar təklif edən bir çox restoran var».

* * *

Alevtina Yurkovskaya («NKAR travel» şirkətinin Rusiya, MDB Baltikyanı ölkələr üzrə menecer köməkçisi): «NKAR travel» şirkəti artıq 34 ildir ki, Şri-Lanka bazarında çalışır şirkətimiz bu ölkədə fəaliyyət göstərən ən iri turoperatorlardan biri olmaqla yanaşı, Avropa, Asiya digər regionlardan gələn turistlərin qəbulu üzrə departamentlərə malikdir. Mən Şri-Lankada rusdilli turistlərin, yəni postsovet məkanından gələn qonaqların qəbulu ilə məşğul oluram.

Bütün il boyu biz çimərlik turizmi sahəsində xidmətlər göstəririk. Şri-Lanka bu baxımdan gözəl unikal bir ölkədir. Bizdə ekskursiya mövsümü bütün il boyu davam edir. Tərəfdaşlarımız turistləri Şri-Lankaya göndərən zaman uzun-uzadı düşünməyə ehtiyac duymurlar - sadəcə, dənizkənarı zonanı düzgün seçmək yetərlidir. Sərgidə mən bütün bunları stendimizin ziyarətçilərinə izah edirəm. Biz imkanlı müştərilər üçün ailə turizmini təklif edirik. Ölkədə bir çox dinlər var dini turizm inkişaf etdirilir. Həmçinin müxtəlif iqlim zonaları Şri-Lankanı bütün zövqləri oxşayan təbiətə malik cəlbedici bir ölkə edir».

* * *

Robert Novotny («Czech Tourism» agentliyinin Moskva nümayəndəliyinin direktoru): «Çex Respublikasının milli turizm idarəsi 1993-cü ildən fəaliyyət göstərir. 2013-cü ildə 20 illik yubileyimizi qeyd etdik bu illər ərzində Çexiyanı 100 milyon nəfərdən çox turistin ziyarət etməsi bu təşkilatın böyük nailiyyətidir.

Agentliyin Moskva ofisi Cənubi Qafqaz ölkələri üzrə məsuldur bizim təşkilat «AITF» sərgisində hər il iştirak edir. Mən nümayəndəliyin yeni rəhbəri qismində ilk dəfə Bakıya gəlmişəm. Təəssüratlarım çox müsbətdir. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir bu, turizm üçün ən mühüm amillərdən biridir. Stendimizdə dörd çex şirkəti təmsil olunur: Praqadan «Magestic plaza», Karlovı Varı şəhərində fəaliyyət göstərən «Bohema-Lazne», «Astra» bütün Çexiya ərazisini əhatə edən «Avanti» turoperatoru. Biz Azərbaycanı kifayət qədər perspektivli bazar hesab edirik. Bu sərgi Çexiyanın turizm rəngarəngliyi haqqında məlumatı bizim gələcək müştərilərimizə çatdırmaqda bizə kömək edir. Təşkilatçılıq işlərinin səviyyəsindən çox razıyıq sərgidə hər il iştirak etmək niyyətindəyik».

* * *

Alesya Nikitina (Şərqi Afrikanın «WildTrek Safaries» şirkətinin marketinq üzrə direktoru): «Parlaq təəssüratlar, macəra ekzotik möcüzələr axtaran şəxslər mütləq «AITF-2014» sərgisində stendimizi ziyarət etməlidirlər. Şirkətimiz Şərqi Afrika ərazisində turistlər üçün xidmətlərin tam spektrini təklif edir. Siz safaridə iştirak etmək Hind okeanı sahilinin gözəl çimərliklərindən həzz almaq istəyirsinizmi? Onda «WildTrek Safaries» şirkətinə xoş gəlmişsiniz! Biz 30 ildən artıqdır ki, bu bazarda fəaliyyət göstəririk 1998-ci ildən etibarən MDB ölkələrində nümayəndəliklər açmağa başlamışıq. Bu il ilk dəfə Azərbaycan bazarına çıxmağı qərara aldıq. Bura gəlişimizin əsas səbəbi ondan ibarətdir ki, son iki il ərzində azərbaycanlı turoperatorlardan hotel rezervasiyasına dair bir neçə sifariş aldıq başa düşdük ki, onların əsas problemi bizim ecazkar ölkələrdə turizm imkanları barədə məlumatlı olmamalarıdır. Perspektivli əməkdaşlığa dair böyük ümidlərimizi bu sərgi ilə bağlamışıq. Hesab edirəm ki, sərgi bunun üçün münasib imkanlar yaradır».

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 11.