Lənkəran
teatrında yubiley tədbiri
Lənkəran Dövlət Dram Teatrının qrim rəssamı Ədilə Məmmədovanın 60 illiyi münasibətilə yubiley mərasimi keçirilmişdir. Teatrın baş rejissoru Tural Mustafayev, baş inzibatçı Namiq Ağayev, aktyorlar Eynəli Nurullayev, Miraslan Ağayev, Zemfira Nəcəfova və digərləri iş yoldaşları barədə ürək sözlərini dilə gətirmişlər. Ədilə Məmmədovanın teatrda çalışdığı 35 il müddətində kollektivin dərin hörmətini qazandığı, qrim rəssamı kimi öhdəsinə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəldiyi dönə-dönə qeyd olunmuşdur. Sənətkara uzun ömür, cansağlığı və işlərində uğurlar ifadə olunmuşdur.
Daha sonra söz alan teatrın direktoru Tofiq Heydərov Ədilə Məmmədovanı öz sənətinin mahir ustası kimi xarakterizə edərək, ona səmərəli fəaliyyətinə görə və 60 illik yubileyi münasibətilə fəxri fərman və pul mükafatı təqdim etmişdir.
Sonda Ədilə Məmmədova çıxış edərək onun sənətinə verilən yüksək qiymətə görə teatrın rəhbərliyinə, iş yoldaşlarına minnətdarlığını bildirmişdir.
Ağaddin Babayev
Mədəniyyət.- 2014.- 9 aprel.-
S. 12.