Ölkəmiz
Daşkənddə mədəniyyət festivalında təmsil
olunub
Daşkənddəki Beynəlxalq Vestminster Universitetində mədəniyyət
festivalı keçirilib.
Festivalda
ABŞ, İtaliya, İran,
Misir, Hindistan, Pakistan,
Böyük Britaniya, Rusiya və digər ölkələrin
Özbəkistandakı səfirlikləri
iştirak ediblər. Universitetdə dünyanın 30-dan çox ölkəsindən
tələbələr ingilis
dilində təhsil alırlar.
Ölkəmizi festivalda Azərbaycanın
Özbəkistandakı səfirliyi
və səfirliyimizin
nəzdindəki Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzi (AMM) təmsil
edib.
Azərbaycan üçün ayrılmış
salonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizin iqtisadi inkişafı ilə bağlı nəşrlər,
o cümlədən Viktor Andriyanov
və Hüseynbala Mirələmovun “Görkəmli
adamların həyatı”
seriyasından qələmə
aldıqları və
Azərbaycan, rus, özbək, ingilis dillərində nəşr
olunmuş “Heydər Əliyev” kitabı, Heydər Əliyev Fondunun “Qarabağ həqiqətləri” seriyasından
rus və ingilis dillərində nəşrlər, tarixi və mədəniyyətimizlə
bağlı çap məhsulları nümayiş
etdirilib. AMM-in naxıştikmə və
rəsm dərnəyi
üzvlərinin əl
işləri və suvenirlər, habelə qədim məişət əşyalarımız, tar, kamança,
saz, qaval və nağara, Azərbaycan musiqisi yazılmış disklər
böyük maraqla qarşılanıb. Ziyarətçilərə
ölkəmizin tarixi,
mədəniyyəti, ədəbiyyatı
haqqında müxtəlif
məzmunlu nəşrlər
hədiyyə olunub.
Sonra milli mətbəx festivalı olub. AMM nümayəndələri
festival iştirakçılarını milli şirniyyatlara qonaq ediblər.
Festival
iştirakçı ölkələrin nümayəndələrinin
konsert proqramı ilə başa
çatıb. AMM-in “Azəri
qızları” ansamblının üzvləri milli
rəqslərimizi ifa ediblər.
Mədəniyyət.- 2014.- 9 aprel.-
S. 12.