Teatr işçiləri üçün treninqlər
Mədəniyyət və Turizm Nazirliyinin kollegiyasının “Teatr-tamaşa və konsert müəssisələrində icra intizamı barədə” 19 noyabr 2013 tarixli qərarına əsasən, Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi teatr, tamaşa və konsert müəssisələri işçiləri üçün təlimlər təşkil edir. Fevral ayında respublikada fəaliyyət göstərən teatr və konsert müəssisələrinin baş mühasibləri, 1-5 aprel tarixində isə direktor müavinləri və quruluş hissə müdirləri treninqlərə cəlb edilmişdir.
Treninq çərçivəsində 40 saatlıq tədris planı tərtib edilmiş, proqramda teatrlarda işin keyfiyyətini artırmağa yardımçı olacaq bütün sahələr əksini tapmışdır. Mühazirələrə tanınmış teatr rəhbərləri dəvət olunur. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunu, “Dövlət teatr işçilərinin daxili əmək və icra intizamı” Qaydalarını əhatə edən mühazirələrə xüsusi diqqət verilir.
Rəfiqə Nəsirova,
Respublika Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma
Mərkəzinin elmi işçisi
Mədəniyyət.- 2014.- 9 aprel.-
S. 13.