Mustafa Mərdanovun 120 illik yubileyi qeyd edildi

 

Aprelin 10-da Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında görkəmli teatr kino aktyoru, Xalq artisti Mustafa Mərdanovun 120 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın teatr kino tariximizə verdiyi töhfələrdən, keçdiyi həyat yolundan danışdı: “Mustafa Mərdanov teatr kinoda gənc yaşlarından parlaq obrazlar yaratmış böyük şəxsiyyətlərdəndir. O, dövrünün dahi sənətkarları ilə bərabər, çiyin-çiyinə çalışıb. Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Ağasadıq Gəraybəyli, Ələsgər Ələkbərov kimi böyük sənətkarlarla bir yaradıcı mühitdə işləməsi onun zəngin təcrübə toplamasına bir aktyor kimi formalaşmasına yardımçı olub. Onun yaradıcılığı ilə tanış olanda görürük ki, teatrda kinoda kiçik, böyük rol olmur. Hər şey aktyorun istedadından, obrazı yaratmaq bacarığından asılıdır. Mustafa Mərdanov məhz belə sənətkarlardan idi”.

Ədalət Vəliyev vurğuladı ki, Azərbaycan Teatr Cəmiyyətinin yaradılmasında görkəmli rejissor Zəfər Nemətovla Mustafa Mərdanovun böyük xidmətləri olub. Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqı adlanan təşkilatın yaradılması bu şəxsiyyətlərin gərgin əməyinin nəticəsi idi.

Teatr Xadimləri İttifaqının rəhbəri, Xalq artisti Azər Paşa Nemət tədbirdə çıxış edərək Mustafa Mərdanovla bağlı xoş xatirələrindən danışdı. Bildirdi ki, o həm şəxsi keyfiyyətlərinə, həm aktyorluq sənətkarlığı ilə qeyri-adi bacarığa məlik şəxs idi: “Atam ilə Mustafa müəllim dost idi. Mən ona həmişə əmi deyə müraciət edirdim. Çox şadam ki, belə bir şəxsiyyəti yaxından görmək, tanımaq mənə qismət olub”. Bildirildi ki, malik olduğu yüksək aktyorluq texnikası, obraza girmək bacarığı, yumşaq yumoru Mustafa Mərdanovu tamaşaçılarına sevdirib.

Yubiley tədbirində aktyorun vaxtilə rol aldığı filmlərdən parçalar nümayiş olundu. Akademik Milli Dram Teatrının aktyorları sənətkarın vaxtilə oynadığıGünahsız müqəssirlərtamaşasından səhnə nümayiş etdirdilər.

Mustafa Mərdanov 1894-cü ildə Cənubi Azərbaycanın Mərənd şəhərində anadan olub. Uşaqlıq gənclik illəri Tiflisdə keçib. Gənc yaşlarından teatra maraq göstərib aktyor kimi çalışmağa başlayıb. 1921-1922-ci illərində Tiflis Azərbaycan Dram Teatrının direktoru vəzifəsində çalışıb. 1924-cü ildə Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirib Bakıya gəlir Azərbaycan Dövlət Dram Teatrında aktyor fəaliyyətini davam etdirir.

Sənətkar teatrla yanaşı, bir çox filmlərə çəkilib. Kinoda debütü Abbas Mirzə Şərifzadənin 1925-ci ildə çəkdiyiBismillahfilmində Muzdur Qulu rolu olub.Görüş”də kolxozçu, “Qara daşlar”da Dəmirov, “O olmasın, bu olsun”da Həsən bəy, “Əhməd haradadır”da Məhəmməd kişi, “Qanun naminəfilmində Murtuzov s. rolları ilə tamaşaçı rəğbəti qazanıb.

Mustafa Mərdanov həm iki kitabın müəllifidir. “50 il Azərbaycan səhnəsində xatirələrimMənim müasirlərimkitabları dövrün teatr prosesini əks etdirən dəyərli mənbələrdir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 2.