Əlyazmalar İnstitutunda “Dədə Qorqud Günü

 

Aprelin 9-da AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə akademiyanın Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqudun 1300 illik beynəlxalq yubiley tədbirinin ildönümü və Qorqudşünaslığın 200 illiyi münasibətilə tədbir keçirilib.

“Dədə Qorqud Günü” adlı tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud” dastanının dünyada təbliği istiqamətində görülən işlərdən danışıblar. Professor Əzizxan Tanrıverdiyev “Kitabi-Dədə Qorqud”dakı bəzi sözlərin transkripsiyası və semantikası barədə”, filologiya üzrə fəlsəfə doktoru Xəliyyədin Xəlilli “Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilmişdir” mövzularında məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.