Cəfər
Cabbarlının zəngin irsindən söz
açılıb
Aprelin 9-da Məmməd Səid Ordubadinin xatirə muzeyində böyük ədib Cəfər Cabbarlının 115 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Muzeyin direktoru Lalə Abaszadə Cəfər Cabbarlının çoxşaxəli yaradıcılığından, dramaturq, teatr və kino xadimi, tərcüməçi, şair, jurnalist kimi xidmətlərindən danışıb.
Filologiya üzrə elmlər doktorları Asif Rüstəmli, Himalay Qasımov XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza qoyan qüdrətli sənətkarın jurnalistlik və tərcüməçilik fəaliyyətinə töhfələrindən bəhs ediblər.
Əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxışında Cəfər Cabbarlının milli kino sənətimizə töhfələrindən maraqlı faktlar danışıb.
Tədbirdə böyük
ədibin poeziyasından nümunələr və şeirlərinə
yazılmış mahnılar səsləndirilib. Sonda dramaturqun nəvəsi
Qəmər Seyfəddinqızı babasının xatirəsinə
göstərilən ehtirama görə
minnətdarlığını bildirib.
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 3.