Zəlimxan Yaqub
“Nazim Hikmət” mükafatına layiq görülüb
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsi Azərbaycan Aşıqlar Birliyinin sədri, Xalq şairi Zəlimxan Yaqubu türk ədəbiyyatına yüksək xidmətlərinə görə “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyat Mükafatına layiq görüb.
Azərbaycan Aşıqlar Birliyindən bildiriblər
ki, “Nazim Hikmət” mükafatı iki ildə bir dəfə
türk dünyası ədibləri arasından bir nəfərə
təqdim olunur. Mükafata Azərbaycandan ilk dəfə Zəlimxan
Yaqub layiq görülüb.
Mədəniyyət.- 2014.- 2 aprel.-
S. 4.