Sənətə həsr olunan ömür

 

Azərbaycan musiqi incəsənətinə itki üz verib. Tanınmış dirijor, Əməkdar incəsənət xadimi, professor Azad Əliyev martın 30-da 63 yaşında dünyasını dəyişib.

Martın 31-də Bakı Musiqi Akademiyasında sənətkarla vida mərasimi oldu. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərhumun yaxınlarına, onu tanıyanlara, musiqi ictimaiyyətinə başsağlığı verdi. Azad Əliyevin zəngin həyat yolu keçdiyini vurğulayan nazir onun həm musiqiçi, həm də pedaqoq kimi sənətdə dərin iz qoyduğunu dedi.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında mərhumun həyat və yaradıcılığından bəhs etdi. Bildirildi ki, Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib. Pedaqoji fəaliyyətə 1980-ci ildə 6 ¹-li musiqi məktəbindən başlayıb. A.Zeynallı adına orta ixtisas musiqi məktəbində Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. Sumqayıtda ilk kamera orkestri yaradıb.

1974-1982-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) “Simli alətlərkafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972-1980-ci illər "Respublika" sarayının (indiki Heydər Əliyev Sarayı) baş səs rejissoru işləyib. Ş.Məmmədova adına opera studiyasının direktoru BMA-nın “Opera hazırlığıkafedrasının, Bülbül adına orta ixtisas musiqi məktəbinin müəllimi olub. Onun yetirmələrinin əksəriyyəti Opera Balet Teatrının solisti, bəziləri Azərbaycanın xalq artistləridir.

Azad Əliyev eyni zamanda, pianoçu kimi fəaliyyət göstərib. Xalq artisti, skripka ifaçısı Sərvər Qəniyevlə birgə keçmiş SSRİ-nin bir çox şəhərlərində konsertlərdə çıxış edib. Opera studiyasında dirijor kimi tamaşalar hazırlayıb. 2006-cı ildən Azərbaycan Televiziyası Radiosu Niyazi adına simfonik orkestrinin bədii rəhbəri baş dirijoru idi.

Onun vaxtsız ölümü hamımızı kədərləndirib. Onun səmimi dost, gözəl insan və müəllim kimi xatirəsi qəlbimizdə daima yaşayacaqdır”, - deyə F.Bədəlbəyli bildirdi.

Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini bölüşdülər.

Allah rəhmət eləsin.

 

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 4.