Lənkəran teatrında anım tədbiri

 

Lənkəran Dövlət Dram Teatrında Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib. Teatrın direktoru Tofiq Heydərov çıxış edərək erməni millətçilərinin hər zaman azərbaycanlılara düşmən münasibət bəsləmələrindən, onların əsassız torpaq iddialarından danışıb. Qeyd olunub ki, 1918-ci ilin mart-aprel soyqırımı aksiyaları Lənkərandan da yan keçməyib. Həmin dövrdə qəzada 40-dək kənd yandırılıb, 2 minədək günahsız insan qətlə yetirilib.

Anım tədbiri teatrın aktyorlarının ifasında soyqırımı hadisələrindən bəhs edən ədəbi-bədii kompozisiya ilə başa çatıb.

 

Sehran Yədullaoğlu

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 4.