Bakı növbəti turizm sərgisinə ev sahibliyi edir

 

AİTF sərgisi artıq 13 ildir ki, turizm sənayesi nümayəndələrinin görüş yerinə çevrilib

 

Qafqaz regionunda turizm sənayesinin böyük ixtisaslaşdırılmış tədbirlərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AİTF-2014") sərgisi aprelin 3-dən 5-dək Bakı Expo Mərkəzində keçiriləcək. “AİTF" sərgisi regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirməklə yanaşı, dünyanın müxtəlif bölgələrini koloriti ilə nümayiş etdirən aparıcı beynəlxalq sərgi statusunu qazanıb və artıq 13 ildir ki, turizm sənayesi nümayəndələrinin görüş yerinə çevrilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi dəstəyi ilə keçirilən sərgiyə Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatı (UNWTO), Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası (İTTFA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstək verilir. Sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası ("UFİ") tərəfindən təqdirəlayiq görülüb.

Sərginin təşkilatçıları qismində "Iteca Caspian" MMC və onun Böyük Britaniyalı tərəfdaşı "ITE Group plc" şirkətləri çıxış edirlər. "ITE Group plc" şirkətinin tərəfdaş və agentlərindən ibarət şəbəkəsi, o cümlədən "ITE London", "EUF" (Türkiyə), "GIMA" (Almaniya) və "ITE Gulf" (Dubay) beynəlxalq şirkətlərin AİTF-ə cəlb edilməsində fəal rol oynayırlar. Sərgilərin rəsmi hotelləri "JW Marriott Absheron" "Qafqaz Point", rəsmi turoperatoru isə "Greenwich Travel Club" şirkətidir. 2014-cü ildə keçiriləcək bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı "SafeLife" şirkətidir.

«Iteca Caspian» şirkətindən qəzetimizə verilən məlumata görə, “AİTF-2014”-ə 38 ölkədən 300-dək şirkət qatılacaq. İştirakçılarının 60 faizdən çoxu xarici şirkətlərdir onlar xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış turizm təkliflərini təqdim edəcəklər.

Sərgidə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Gürcüstan, Dominikan Respublikası, Misir, Zaqreb (Xorvatiya), Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Sloveniya, Tailand, Türkiyə, Stavropol vilayəti, Soçi (Rusiya), Fransa, Çernoqoriya Çexiyadan 24 milli regional qrup iştirak edəcək.

Builki sərginin yeni ölkə istiqamətləri Argentina, Dominikan Respublikası, Çin Zaqreb şəhəridir (Xorvatiya). Birillik fasilədən sonra Hindistan, Yunanıstan Malayziya, ilk dəfə isə Şri-Lanka, Keniya Cənubi Afrika Respublikasının turizm şirkətləri sərgidə iştirak edəcək.

AİTF-2014”-in özəlliklərindən biri «Xaricdə daşınmaz əmlak» «Tibbi turizm» adlı yeni sektorların nümayiş olunmasıdır. Həmin bölmələrdə Türkiyə, Almaniya, İsveçrə, İsrail, Rusiya, Litva, Yunanıstan Kiprdən şirkətlər, aparıcı klinikalar təmsil olunacaqlar.

 

«Horex Caucasus-2014» yeniliklərlə yadda qalacaq

 

Hər il olduğu kimi, bu il «AİTF-2014»lə paralel olaraq regionda mehmanxana restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbir olan 8-ci Qafqaz Beynəlxalq «Mehmanxana, restoran supermarketlər üçün avadanlıq ləvazimatlar» («Horex Caucasus-2014») sərgisi keçiriləcək. Sərgi çərçivəsində iştirakçı şirkətlər yüksək səviyyəli turizm xidmətləri üzrə yeni texnologiyaları, yüksək keyfiyyətli servis peşəkar etika standartlarını nümayiş etdirəcəklər. Sərgidə Azərbaycan, Gürcüstan, Almaniya, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə İsveçrədən şirkətlər iştirak edəcək. Müasir hotel mebeli, interyer, mətbəx avadanlıqları, sağlamlıq spa salonları üçün peşəkar kosmetika, təmizlik gigiyena avadanlıqları, hotelin idarə edilməsi təhlükəsizliyi üzrə İT həll variantları ekspozisiyada yer alacaq. İştirakçılar tərəfindən stendlərdə keçiriləcək təqdimatlarda ziyarətçilər ən yeni avadanlıqları bilavasitə prosesində görə biləcəklər.

 

Tibbi spa turizmi geniş nümayiş olunacaq

 

«AİTF-2014»də geniş yer alan istiqamətlərdən biri tibbi spa turizmidir. Azərbaycan, Almaniya, Yunanıstan, Litva, Rusiya, Sloveniya Türkiyənin tibb mərkəzləri, sağlamlıq sanatoriya-kurort müəssisələrinin nümayəndələri bu sahədə son illər əldə edilmiş nailiyyətləri nümayiş etdirəcəklər. Sərgiyə ilk dəfə Yunanıstanın «Sarafianos Private Clinic», Litvanın «UAB SK Imeks Meditinos», Almaniyanın «AX Grundig Klinik Bühlerhöhe» klinikaları qatılır. Rusiyanı Azərbaycanda hər kəsə tanış olan «Qafqaz Mineral Suları» sağlamlıq kompleksinə daxil olan sanatoriyalar təmsil edir. Azərbaycanın dünyaca məşhur olan Naftalan neftini isə «Chinar SPA Naftalan» «Naftalan Hotel by Rixos» sanatoriyaları təqdim edəcək. İştirakçılar arasında Türkiyənin bu sahə üzrə ixtisaslaşmış «Turkish Healthcare Travel Council» mərkəzi var.

 

Dünya Turizm Təşkilatı Avropa Komissiyasının iclası

 

Bu il «AİTF» müxtəlif beynəlxalq tədbir görüşlərlə yadda qalacaq. Aprelin 3-4-də paytaxtın «Grand Europe» mehmanxanasında Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası turizm üzrə effektiv konsepsiyaların inkişafına dair seminar keçiriləcək.

Tədbir çərçivəsində Avropada turizmin genişləndirilməsi möhkəmləndirilməsi müzakirə ediləcək, mövzu ilə bağlı sessiyalar olacaq.

 

Ölkəmizin turizm imkanları nümayiş etdiriləcək

 

«AİTF-2014» sərgisi eyni zamanda Azərbaycanın turizm potensialı ilə tanışlıq meydançasına çevriləcək. Azərbaycan üzrə turizm paketinin müxtəlifliyi istənilən turizm menyusunu zənginləşdirə bilər. Regional ekspozisiyada Qəbələ, Qax, Gədəbəy, Quba, Qusar, Gəncə, Zaqatala, İsmayıllı, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Oğuz, Tovuz, Xaçmaz, Xızı, Şamaxı, Şəmkir, Şəki, Naxçıvan Muxtar Respublikası Sumqayıt təmsil olunacaq. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd ekoloji turizm, salçılıq, dağ-xizək dəniz kurortları s. üçün imkanlar nümayiş etdiriləcək. Regional ekspozisiya çərçivəsində 60-a yaxın hotel iştirak edəcək. Bundan əlavə, Azərbaycan Turizm Assosiasiyası öz stendində Azərbaycanın aparıcı hotellərini turizm agentliklərini bir araya gətirəcək. Sərgi çərçivəsində iştirakçıların stendlərində təqdimat seminarların keçirilməsi, habelə müxtəlif lotereya putyovkaların oynanılması planlaşdırılıb.

Son olaraq onu da qeyd edək ki, sərgi ziyarətçilərinin rahatlığı üçün "N.Nərimanov" metro stansiyasından Bakı Expo Mərkəzinə pulsuz avtobuslar təşkil edilib. Beləliklə, sərgi geniş turizm imkanları ilə tanışlıq üçün 3-4 aprel tarixində turizm sənayesinin peşəkarları, 5 aprel tarixində isə bütün səyahət həvəskarları üçün açıq olacaq.

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 10.