Dubayda sağlamlıq turizmi ilə bağlı sərgi və konfrans keçirilib

 

Ölkəmiz Dubayda keçirilən «International Medical Travel Exhibition & Conference» adlı tədbirdə təmsil olunub.

32 ölkədən sağlıq qurumları, müalicə alternativ müalicə mərkəzlərinin qatıldığı tədbirdə Azərbaycan Sağlamlıq Termal Turizm Assosiasiyası idarə heyətinin üzvü, Naftalanda fəaliyyət göstərən «Garabag Resort & Spa Pre-Openning Office» sanatoriyasının baş direktoru Mehmet Satar da iştirak edib.

Onun bildirdiyinə görə, sərgidə ABŞ, Türkiyə, Azərbaycan, İordaniya, Tailand, Malayziya, Çexiya digər ölkələrdə fəaliyyət göstərən mineral təbii sularla müalicə metodları təklif edən məşhur tibb mərkəzləri öz imkanlarını təqdim ediblər. Burada müxtəlif ölkələri təmsil edən müəssisələrin stendləri arasında alternativ tibb tətbiqləri ilə tənəffüs sistemi xəstəliklərinin müalicəsində faydalı olan Polşadakı duz mağaraları (Speleoterapiya) ona yaxın olan mənbələr, Naftalan müalicəsinə qismən bənzəyən İordaniyada yerləşən Ölü dəniz müalicəsi, Türkiyənin Bursa, Əskişəhər, Bilecik, Afyon, Kütahya, Uşak bölgələrində yerləşən mineral termal su mənbələrini əks etdirən stendlər yer alıb.

Həmsöhbətimiz qeyd etdi ki, iştirakçılar arasında Naftalan terapiyasına çox böyük maraq olub: «Bu tədbirdə iştirak etdikdən sonra belə qənaətə gəldim ki, Naftalan bölgəsi buradan çıxan misilsiz müalicəvi xüsusiyyətə malik neft hər cür imkanlardan istifadə etməklə bütün dünyada tanıdılmalıdır. Mən tədbirdə tanış olduğum şəxslərin əlaqə vasitələrini aldım onlara lazım olan bütün bilgiləri göndərəcəyəm. Biz Naftalan neftinin tanınması üçün bütün fürsətlərdən yararlanmalıyıq».

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 2 aprel.- S. 10.