Muxtar Maniyevin 79 yaşı
tamam oldu
"Azərbaycanfilm"
kinostudiyasının direktoru
sənətkarı doğum
günündə ziyarət
edib
Martın 29-da Xalq artisti, görkəmli
aktyor, Prezident təqaüdçüsü Muxtar
Maniyevin 79 yaşı
tamam oldu. C.Cabbarlı
adına "Azərbaycanfilm" kinostudiyasının
direktoru Müşfiq Hətəmov sənətkara
baş çəkib,
onu doğum günü münasibətilə
təbrik edib, səhhəti ilə maraqlanıb. Müşfiq
Hətəmov aktyora mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin salamlarını çatdırıb:
"Muxtar Maniyev Azərbaycanın görkəmli
aktyorlarından biridir
və onun Azərbaycan kinosunun inkişafında böyük
rolu olub. Aktyorun səhhəti, sağlamlıq
durumu Mədəniyyət
və Turizm Nazirliyinin, şəxsən
Əbülfəs Qarayevin
hər zaman diqqətindədir. Gələn
il Muxtar
müəllimin 80 yaşı
tamam olacaq. O, Azərbaycan kinosunda baş verən hadisələri yaxından
izləyir. Bir müddət əvvəl
səhhətində problemlər
yaranmışdı, indi
özünü yaxşı
hiss edir. Yaxşı hal
odur ki, aktyor bundan sonra
da kinoya çəkilmək, Azərbaycan
kinosuna öz töhfəsini vermək istəyir".
Xalq artisti Muxtar Maniyev 1935-ci ildə Bakıda doğulub. 100-dək filmdə
(“İnsan məskən
salır”, “O qızı
tapın”, “Bizim Cəbiş müəllim”,
“Uşaqlığın son gecəsi”, “Babək”, “Nəsimi”, “Nizami”, “Qanlı zəmi”, “Ölsəm... bağışla”
və s.) irili-xırdalı
rollar oynayıb, maraqlı obrazlar yaradıb.
Mədəniyyət.- 2014.- 2 aprel.- S. 11.