Britaniya universitetinin nümayəndəsi ATİ-nin qonağı olub

 

Böyük Britaniyanın Uels Aberistvit (Aberystwyth) Universitetinin nümayəndəsi Murtza Ali Qəznəvi Azərbaycan Turizm İnstitutunun qonağı olub. Ona institutun fəaliyyəti, kadr hazırlığı, ümumilikdə Azərbaycanın turizm potensialı bu sahədə görülən işlər barədə məlumat verilib.

Öz növbəsində qonaq təmsil etdiyi universitetin 1872-ci ildə yarandığını, əsasən siyasi elmlər istiqamətində kadr hazırlığı apardığını, turizmin marketinqi menecmenti, biznes idarəçiliyi, kompyuter texnologiyası s. ixtisasların da təhsil proqramında yer aldığını diqqətə çatdırıb. O, universitetlə ATİ arasında anlaşma memorandumu imzalamağa hazır olduqlarını deyib.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.