Azərbaycanda turizm infrastrukturu ilə
bağlı böyük işlər görülür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib. Görüşdə Azərbaycanda turizmin, o cümlədən dağ turizminin inkişafı və bu istiqamətdə müasir infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışılıb, Bakıda keçirilən 13-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin və Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclasının əhəmiyyəti qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə DTT arasında əməkdaşlığın daha da genişləndirilməsi, ölkəmizin turizm imkanları və bu sahədə görüləcək işlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov
da DTT-nin baş katibi Taleb Rifaini qəbul edib. Görüşdə baş
katib ölkəmizdə müşahidə
olunan inkişafın onda
böyük təəssürat doğurduğunu bildirib, turizmin inkişafı üçün
böyük işlər görüldüyünü
vurğulayıb.
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 2.