Türkdilli ölkələrin nümayəndələri
üçün infotur
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində Azərbaycanın turizm potensialını təbliğ etmək məqsədilə 2-6 aprel tarixində Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət qurumları, media və turizm təmsilçiləri üçün infotur keçirilir. 15 nəfərlik heyətin səfəri Bakı, Şamaxı, Qəbələ, İsmayıllı və Şəkini əhatə edir.
Səfər zamanı Azərbaycanın
tarixi-mədəni irsi və turizm potensialı ilə tanışlıqla
yanaşı, adıçəkilən ölkələrdə
yayımlanması məqsədilə müxtəlif çəkilişlərin
aparılması və təbliğat xarakterli
yazıların yazılması nəzərdə tutulur. İnfoturun
keçirilməsi Azərbaycanın təşəbbüsü
ilə TDƏŞ-in turizm sahəsində
əməkdaşlıq üzrə işçi
qrupunun 1-ci iclasında qərara
alınıb.
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 3.