Müasir incəsənət sərgisi
Aprelin 3-də Heydər Əliyev Mərkəzində “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı və dəstəyi ilə Azərbaycanın və qonşu ölkələrin müasir incəsənətini əks etdirən “Love Me, Love Me Not” adlı sərgi açılıb. Sərginin kuratoru Dina Naseri-Xadividir.
“YARAT” Müasir İncəsənət Məkanından bildiriblər ki, mayın 25-dək davam edəcək sərgidə Azərbaycan, İran, Rusiya və Gürcüstanı təmsil edən 16 rəssamın, o cümlədən ölkəmizdən Faiq Əhməd, Rəşad Ələkbərov, Rəşad Babayev, Əli Həsənov, Orxan Hüseynov, Sitarə İbrahimova, Aida Mahmudova və Fərid Rəsulovun əsərləri nümayiş etdirilir. Sərgidə videoçarxlar, instalyasiyalar və rəngkarlıq əsərləri yer alıb, müxtəlif materiallardan hazırlanmış və müxtəlif mövzuları əhatə edən işlər təqdim olunur.
Sərginin kataloqunun
redaktorları kurator Dina
Naseri-Xadivi və Fərəh Rəhim
İsmayıldır. Kataloqun hazırlanmasında “Teyt Modern” sərgi salonunun kurator köməkçisi Nəda Rəza, “Metropoliten” İncəsənət Muzeyinin müasir və modern incəsənəti üzrə kuratoru Nikolas Kullinan, “Bidoun Projects” nəşrinin baş
redaktoru Nigar Əzimi,
Nyu-York Şəhər Universitetinin
aspirantı Monika Steynberq,
Rusiya, Mərkəzi Asiya
və Qafqaz ölkələrinin müasir incəsənəti üzrə
mütəxəssis Suad Qarayeva,
“Slavyanlar və tatarlar”
qrupu yaxından iştirak
edib.
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 3.