Kitabxana-informasiya sahəsində nailiyyətlərin tətbiqi

 

Beynəlxalq elmi konfrans işini başa çatdırdı

 

Aprelin 2-də ADA Universitetinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə keçirdiyiKitabxana-informasiya sahəsində əldə edilmiş nəzəri və təcrübi nailiyyətlərin tətbiqi” mövzusunda beynəlxalq elmi konfrans başa çatıb.

Tədbirin ikinci günündə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun rəhbəri Lətifə Məmmədova ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın əhəmiyyətdən söz açıb.

Sektor müdiriAzlibnetMilli Kitabxana-İnformasiya Mərkəzinin (www.azlibnet.az) fəaliyyəti və strukturu barədə danışıb, burada yaradılan toplu kataloqvirtual kitabxananın əhəmiyyətini vurğulayıb: “Biz yüksək texnologiyalar dövründə yaşayırıq. Kitabxanainternet arasında əlaqə günbəgün artır”.

Konfransda çıxış edən Missisipi Universitetinin professoru Qreqori Heyvort müxtəlif xalqların tarix və mədəniyyətinin öyrənilməsində manuskript və əlyazmaların rolunu diqqətə çatdırıb.

Qeyd edək ki, ikigünlük konfransın işində Azərbaycan, ABŞ və Böyük Britaniya ali məktəblərinin və kitabxanalarının nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 4.