Azərbaycan-Avstriya əlaqələri müzakirə olunub

 

Mədəniyyət və turizm sahəsində əməkdaşlıq uğurla inkişaf edir

 

Aprelin 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriya Milli Şurasının (federal parlamentin aşağı palatası) ikinci prezidenti Karlhaynts (Karlheinz) Kopfun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir Azərbaycan-Avstriya münasibətlərinin inkişafının məmnunluq doğurduğunu, qarşılıqlı səfərlərin bu prosesə müsbət təsir etdiyini bildirib. Əlaqələrimizin inkişafında iki ölkə prezidentlərinin rolunu xüsusi qeyd edən Əbülfəs Qarayev yüksək səviyyəli səfərlər zamanı imzalanmış sənədlərin hərtərəfli əməkdaşlığa, o cümlədən mədəniyyət və turizm sahəsində əlaqələrin genişlənməsinə möhkəm hüquqi baza yaratdığını vurğulayıb.

Nazir ikitərəfli mədəni və turizm əlaqələrindən bəhs edərək münasibətlərin inkişafında, xalqların bir-birini tanımasında mədəniyyətin mühüm rolunu diqqətə çatdırıb. Qeyd olunub ki, Avstriya mədəniyyətinə Azərbaycanda xüsusi maraq var və ölkəmizdə bununla bağlı tədbirlər keçirilir. Həmçinin ölkəmizin mədəni irsinin Avstriyada tanıtdırılması istiqamətində tədbirlər təşkil olunur. Muzeykitabxana sahəsində də əlaqələr inkişaf edir.

Qarşılıqlı turist axınının təmin edilməsi, turizm imkanlarının təşviq olunması barədə danışan Əbülfəs Qarayev ölkəmizdə bir sıra turizm müəssisələrinin inşaat layihələrində Avstriya şirkətlərinin fəal iştirakını xüsusi vurğulayıb. Nazir əlavə edib ki, ölkələrimiz arasında əməkdaşlıq eyni zamanda təhsil, o cümlədən turizm təhsili sahəsində inkişaf edir. Azərbaycan Turizm İnstitutu və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində bir çox tələbə ikili diplom alır.

Son illərdə Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişafdan danışan Əbülfəs Qarayev ölkəmizin Avropaya inteqrasiyası, Avropa təşkilatları, UNESCO ilə əlaqələrindən söz açıb. Nazir ölkəmizdə həyata keçirilən quruculuq işləri haqqında da qonaqlara məlumat verib.

Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopf səfər zamanı nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Qeyd edib ki, xalqlarımız arasında əlaqələrin qədim tarixi var və münasibətlərimizin bu gün bütün sahələrdə inkişaf etməsi çox sevindiricidir.

Qonaq Azərbaycanın qısa müddətdə bu qədər nailiyyət qazanmasını yüksək qiymətləndirib və Avropaya inteqrasiya istiqamətində ölkəmizə daim dəstək göstərməyə hazır olduqlarını söyləyib. O, Azərbaycanla Avstriyanın etibarlı tərəfdaş olduğunugeniş potensiala malik əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Silvia Meier-Kajbic iştirak edib.

 

Lalə

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 5.