BMT-nin komitəsində ölkəmizin
hesabatı dinlənilib
Mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
Cenevrəyə səfər edib
İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatı Əlillərin hüquqları üzrə Komitəsinin 11-ci sessiyasında "Əlillərin hüquqları haqqında" beynəlxalq konvensiya üzrə ölkələrin milli məruzələri təqdim olunur.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva konvensiya üzrə Azərbaycan Respublikasının ilk məruzəsinə baxılması ilə əlaqədar ölkəmizin nümayəndə heyətinin tərkibində Cenevrə şəhərinə səfər edib.
Sessiyadan öncə, martın 31-də Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliyində hazırlıq iclası olub və UNİCEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru Mari-Pyer Puarye ilə görüş keçirilib.
Aprelin 1-də nümayəndə
heyəti BMT-nin Əlillərin
hüquqları üzrə Komitəsinin sədri Maria Soledad Sisternas
Reyes ilə görüşüb.
Həmin gün "Əlillərin
hüquqları haqqında" BMT-nin
konvensiyasına dair Azərbaycan hökumətinin
ilk hesabatı dinlənilib.
Mədəniyyət.- 2014.- 4 aprel.-
S. 5.