Söz xəzinəsinin ocağı

 

Mirzə Ələkbər Sabir adına Mərkəzi şəhər kitabxanasının 95 yaşı tamam olur

 

Azərbaycan xalqı kitabı hər zaman əziz tutmuş və yüksək qiymətləndirmişdir. Alim və mütəfəkkirlərimiz yazılı sözə, insana bilik, mərifət, zövq və tərbiyə verən kitaba hər zaman böyük hörmət bəsləmiş, ona xüsusi əsərlər həsr etmişlər.

XIX əsrin sonu - XX əsrin ilk illərində maarif və mədəniyyəti, kitab və qəzeti xalq arasında yayılmasında vətənpərvər və fədakar ədiblərimizin xidməti xüsusilə qeyd edilməlidir. Bunun parlaq misalı Məhəmməd Hadinin “Mən bir kitabam” şeirində özünü daha aydın göstərir:

 

Mən bir kitab, hər vərəqim min kitabdır,

Ayatü məhkəmatı bütün inqilabdır,

Qılsın mütaliə məni ərbabi-inqilab,

Görsün bu ayələrlə nasıl feyzyabdır...

 

Bütün yaradıcılığı ilə vətənpərvərlik mədəniyyətpərvərliyin timsalı olan Mirzə Ələkbər Sabirin kitab mətbuatın yayılması sahəsində mübarizəsi hər cür tərifdən yüksəkdə durur. O, satirik əsərlərində mətbuatın güclü təbliğatçısıdır.

 

Düşəydi daş o günə ki, qəzet-mazet sözü çıxdı,

Qəzet işin törədən nabikara lənət olaydı.

gündə, həftədə, ayda çıxan qəzet jurnal...

mətbəə, mühərrir təbabət olaydı...

 

Sabir qəzet, jurnal, mətbuat kitab haqqında belə kəsərli şeirlərində əslində məişət ictimai-siyasi həyatımızda mətbuat kitabların qədər böyük rol oynamağa başladığını göstərirdi.

Xalqın o dövrdə savadlanması üçün qiraətxanalar təşkil olunurdu. 1919-cu ilin mart ayında Xəzər Sahili İstehlak İttifaqı İdarəsi öz payçılarının hesabına Azərbaycanın böyük şairi Sabirin ölümünün 10 illiyi ilə bağlı onun adına birinci Azərbaycan kütləvi kitabxanasını açmışdı. İlk illərdə kitabxananın bir neçə yüz kitab az miqdarda oxucusu var idi. 1920-ci ildən başlayaraq Sabir kitabxanası öz işlərini genişləndirmək üçün imkan əldə edir. 10 il sonra 1929-cu ildə kitabxana fondu 12300 nüsxə, oxucuların sayı isə 4000 nəfər olur. Oxucuları kitabxanaya cəlb etmək yaxşı kitabları kütlə içərisində yaymaq üçün ədəbi müsamirələr keçirilir, dərnək təşkil edilir. Bu dərnəkdə Ə.Haqverdiyev, C.Cabbarlı, A.Şaiq, M.S.Ordubadi kimi görkəmli sənətkarlar ədəbi gəncliyə rəhbərlik etmişlər.

Sabir kitabxanası geniş zəhmətkeş kütlənin rəğbətini qazandığı üçün onun oxucusu durmadan artırdı. Kitabxana Azərbaycan qadınlarını geniş surətdə kitabxanaya cəlb etmək məqsədilə 1922-ci ildəOxucu qadınlardərnəyi təşkil etmişdi.

Kitabxanada oxucuların gündən-günə artmasını nəzərə alaraq 1926-cı ildə Sabir kitabxanasına Mərkəzi şəhər kitabxanası adı verilmiş kitabxana bundan sonra böyük yaş kütləsinə xidmət etmişdir. Azərbaycanda kitabxanalar arasında ilk biblioqrafiya şöbəsi 1941-ci ildə Sabir kitabxanasında yaradılmışdır.

95 yaşını tamamlayan kitabxanamız bu gün öz işini layiqincə davam etdirir. Hazırda fondumuzda 152272 nüsxə kitab var. Müasir informasiya vasitələrinin geniş inkişaf etdiyi dövrdə kitabxanaya yenə daha çox ehtiyac duyulmaqdadır. Öz ənənələrini qoruyub saxlayan Mirzə Ələkbər Sabir adına Mərkəzi şəhər kitabxanası bu gün oxucularının xidmətindədir.

 

Afət Zeynalova,

 

Mirzə Ələkbər Sabir adına Mərkəzi şəhər kitabxanasının baş kitabxanaçısı

 

Mədəniyyət.- 2014.- 4 aprel.- S. 12.