Gənc
musiqiçilər “Gələcəyin ulduzları” layihəsində
Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizə Nazirliyinin keçirdiyi “Gələcəyin ulduzları” layihəsində ölkəmiz də uğurla təmsil olunub. Layihənin tələblərinə görə, yaşı 14-dək iki ifaçı Tbilisi Konservatoriyasında 25 dəqiqəlik solo proqramla çıxış etməli idi.
Konsertdə iştirak üçün Bülbül adına orta ixtisas musiqi məktəbinin VII sinif şagirdi, beynəlxalq müsabiqələr laureatı Leyla Zeynalova və IX sinif şagirdi, respublika müsabiqələri laureatı Cəmilə Əsgərzadə seçilib. Pianoçu olmasına baxmayaraq, həm də skripka ifaçılığı ilə məşğul olan Leyla Zeynalovanın ilk çıxışı alqışlar doğurub. O, skripkada “Bayatı-Şiraz”ı səsləndirib, sonra fortepiano arxasına keçərək Q.Qarayevin və F.Şopenin əsərlərini ustalıqla ifa edib.
Cəmilə Əsgərzadənin skripkada ifa etdiyi əsərlər və “Şur” simfonik muğamı da sürəkli alqışlara səbəb olub.
Qeyd edək ki,
L.Zeynalova bir qədər
əvvəl Narvada keçirilən F.Şopen adına müsabiqənin laureatı
adına layiq görülmüş,
C.Əsgərzadə isə Moskvada V.Spivakov Fondunun təşkil
etdiyi konsertdə ölkəmizi təmsil etmişdi.
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 6.