Turizm şirkətləri və mehmanxana obyektlərinə lisenziyalar
verilib
Ölkə Prezidentinin fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar"a və Nazirlər Kabinetinin 07.11.2002 və 05.12.2008 tarixli qərarlarına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mart ayında aşağıda qeyd olunan şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: "Air Travel", “Miray Travel", "SKYLİFE", "Tempus Travel", "İL-TECH", "İnar Travel", "Lake Travel", "ATEF Şirkətlər Qrupu", "Lider Travel", "Əlincə-98" və "Prime Turizm" (Bakı şəhəri).
Nazirlik tərəfindən mart ayı ərzində həmçinin aşağıda adları göstərilən yerləşdirmə obyektlərinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilib:
"Zirvə İK" mehmanxanası (Biləsuvar şəhəri), "Red Roof" mehmanxanası, "Happy İNN" mehmanxanası, "Altstadt" qonaq evi, "Emerald" mehmanxanası, "Fairmont Hotel Baku", "Riviera", "JW Marriott Absheron Baku Hotel", "Smith" mehmanxanası, "Bosfor" mehmanxanası (Bakı şəhəri), "Biznes Mərkəz-Emon Hotel" mehmanxanası (Gəncə şəhəri), "Avand Hotel Baku" mehmanxanası, "Boulevard Guest House" qonaq evi, "Hyatt Regency" mehmanxanası, "Bristol Hotel" mehmanxanası, "Ariva Hotel" (Bakı şəhəri), "Məkan" istirahət mərkəzi (Xaçmaz rayonu, Nabran kəndi), “Kür-Palas" mehmanxanası (Salyan şəhəri).
* * *
Mədəniyyət və Turizm Nazirliyi ötən il lisenziya müddəti bitmiş və lisenziyası olmayan 205 mehmanxana və mehmanxana tipli obyekt rəhbərinə lisenziyanın alınmasının vacibliyi ilə bağlı xəbərdarlıq məktubu göndərib. Nazirlikdən verilən məlumata görə, 2013-cü il ərzində 74 hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə bağlı lisenziya verilib. Hazırda respublika ərazisində 258 mehmanxana və mehmanxana tipli obyekt xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərir.
Nazirlik ötən il «İSR Azeri Apart and Business Centre» MMC-yə mehmanxana fəaliyyətinə verilmiş lisenziyanı ləğv edib. «Səyahət-A» MMC və «Qəçrəş» ASC-yə verilmiş lisenziyaların fəaliyyəti isə dayandırılıb.
Məlumatda nazirliyin lisenziya əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı da açıqlanıb. Hazırda respublikada 241 turizm şirkəti fəaliyyət göstərir. Ötən il 53 hüquqi və fiziki şəxs tərəfindən təqdim edilmiş sənədlərə baxılıb və onlara lisenziya verilib. 2013-cü il ərzində «Bona Mente Holdinq», «A.Q.Horizont» və «Riad Tour» MMC üçün verilmiş lisenziyaların fəaliyyəti dayandırılıb.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 11
aprel.- S. 9.