Akademik Milli Dram Teatrındaİlahi oyun

 

Akademik Milli Dram TeatrındaKitabi-Dədə Qorqudeposu əsasında səhnələşdirilənİlahi oyuntamaşasına ictimai baxış keçirilib.

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssam Mustafa Mustafayev fərqli düşüncə forması ənənəvi olmayan səhnə əsəri hazırlayıblar.

Tamaşanın iştirakçıları Ozan-ata (Əməkdar artist Vidadi Həsənov), Ozan-ana (Nigar Güləhmədova), Ozan-oğul (Əməkdar artist Pərviz Məmmədrzayev) Kut (Novruz Novruzlu) müxtəlif qəhrəmanları ifa edirlər. Azərbaycan xalq ədəbiyyatının ən qədim abidəsi olanKitabi-Dədə Qorqud”un gənc rejissor tərəfindən işlənmişDirsə xan oğlu Buğacın boyu”nun məşhur hadisələri dünənin həqiqətlərindən qidalanaraq (qopuz qavalın sədalarının müntəzəm iştirakı ilə), bu günün görüntüsündən çıxış edərək (iştirakçıların yanaşması) fərqli bir formada təqdim olunur.

Aprelin 17-də teatrdaİlahi oyun”un premyerası keçiriləcək.

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 2.