Hüseyn Cavidin yaradıcılığı ABŞ-da tədqiq olunur

 

Görkəmli şairdramaturq Hüseyn Cavidin yaradıcılığı ABŞ-ın Massaçusets Amherst Universitetində tədqiq olunur. Hüseyn Cavidin ev-muzeyindən bildiriblər ki, Massaçusets Amherst Universitetinin professoru Audrey L.Altstadt uzun müddətdir ədibin yaradıcılığının tədqiqi ilə məşğul olur. “Beynəlxalq Dil və Ədəbiyyat Jurnalı”nın (“Journal of Language and Literature”) 2014-cü ilin fevralında çapdan çıxmış nömrəsində tədqiqatçının “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi” (“Husein Javid and The Writers Union of Azerbaijan”) sərlövhəli məqaləsi də dərc olunub.

Audrey L.Altstadt 2012-ci ildə Hüseyn Cavidin ev-muzeyinin böyük mütəfəkkirin 130 illik yubileyi münasibətilə keçirdiyiHüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfransda Azərbaycan dilində məruzə edib. Amerikalı alim muzeylə sıx əlaqə şəraitində tədqiqatını davam etdirir.

 

Mədəniyyət.- 2014.- 16 aprel.- S. 4.