Lənkəran
haqqında ensiklopedik mənbə
Azərbaycan Yazıçılar Birliyinin üzvləri Mirhaşım Talışlı və Etibar Əhədovun müəllifləri olduqları “Lənkəran: ensiklopedik məlumat” kitabı çapdan çıxıb.
Kitab Lənkəran rayonunun ictimai-siyasi və mədəni həyatından bəhs edir.
Bundan əvvəl Lənkəranla bağlı məlumat xarakterli bir sıra nəşrlər işıq üzü görsə də, onlar rayonun coğrafi, etnoqrafik, sosial və mədəni həyatını, görkəmli şəxsiyyətlərini tam əhatə etməyib.
Kitabda Lənkəranın tarixi,
coğrafiyası, toponimikası, yerli əhalinin
mənəvi dəyərləri, idarə, rayonun
müəssisə və təşkilatları,
tanınmış şəxsiyyətləri, elm
və sənət adamları, ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda şəhid olanlar,
qəhrəmanlar, yaşayış məntəqələri,
elm, təhsil müəssisələri
haqqında geniş məlumat verilib. Nəşrdə həmçinin ümummilli lider Heydər
Əliyev və Prezident İlham
Əliyevin Lənkərana səfərləri barədə
ayrıca bölmə də yer alıb.
Mədəniyyət.- 2014.- 18
aprel.- S. 12.