Mirzə Cəlil
dühasının işığında
Cəlil Məmmədquluzadə adına Naxçıvan Ədəbiyyat Muzeyində Naxçıvan Dövlət Universiteti (NDU) ilə birlikdə böyük ədibə həsr olunmuş lektoriya keçirilib. “Molla Nəsrəddin” jurnalının nəşrinin 108-ci ildönümünə həsr olunmuş tədbirdə muzeyin direktoru Aləmzər İbrahimova çıxış edərək Mirzə Cəlil dühasından ərsəyə gələn bu nəşri Azərbaycan ədəbiyyatı və mətbuatı tarixinin şərəfli səhifəsi kimi dəyərləndirib.
NDU-nun tarix-filologiya
fakültəsinin dekanı, dosent İman Cəfərov “Molla
Nəsrəddin” jurnalının tarixi barədə
məruzə edib. Qeyd olunub
ki, ustad Mirzə Cəlil
və onun mollanəsrəddinçi məsləkdaşlarının
azərbaycançılıq məfkurəsi, milli
istiqlal və bəşəri duyğular uğrunda
mübarizələri həmişəyaşardır, gələcək
nəsillər üçün örnəkdir.
Tələbələr “Molla Nəsrəddin-108”
sərgisinə baxıb, jurnal
yaradıcıları ilə bağlı eksponatlarla
tanış olublar.
Mədəniyyət.- 2014.- 18
aprel.- S. 15.