Mədəniyyət və turizm naziri Dağıstanda səfərdədir

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun dəvəti ilə Mahaçqala şəhərində keçirilən beynəlxalq mədəniyyət-investisiya forumunda iştirak edir.

Forumda regional mədəniyyət və iqtisadiyyat sahəsində elmi, maarifləndirici və yaradıcı layihələrin təqdimatı keçirilib.

Aprelin 21-də nümayəndə heyəti Dərbənd şəhərində yerləşən Heydər Əliyev adına məktəbi, cümə məscidini və Dərbənd teatrının binasını ziyarət edib.

Aprelin 22-də nazir Əbülfəs Qarayev "Müasir şəraitdə regional siyasətdə mədəniyyət və iqtisadiyyat" forumunda çıxış edib.

Səfər çərçivəsində Ramazan Abdulatipov ilə keçirilmiş ikitərəfli görüşdə Azərbaycan-Dağıstan (Rusiya Federasiyası) arasında mədəni əlaqələr, qarşılıqlı əməkdaşlıq məsələləri, xüsusilə Dərbənd teatrının bərpası müzakirə edilib. Dağıstan Respublikasının rəhbəri Dərbənd teatrının bərpası məsələsini şəxsən nəzarətə götürəcəyini qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Dağıstan Respublikasına səfəri aprelin 24-də başa çatacaq.

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 2.