Azadlıq aşiqi şairlərimizin xatirəsi
Əskişəhərdə anılıb
“Azadlıq aşiqi
üç azərbaycanlı - Bəxtiyar
Vahabzadə, Xəlil Rza Ulutürk,
Məmməd Araz” - Əskişəhər
Azərbaycanlılar Dərnəyi və Anadolu
Universitetinin ədəbiyyat fakültəsi
türk dili və ədəbiyyatı
bölümünün birgə təşkil
etdikləri panel belə adlanırdı. Diasporla İş üzrə
Dövlət Komitəsindən bildiriblər
ki, paneldə çıxış edən
Lefke Avropa Universitetinin dosenti Nazim Muradov, Osmanqazi Universitetinin dosenti Dilek Ataizi
şairlərin həyat və yaradıcılıq yolundan söz
açıblar. Əskişəhər Azərbaycanlılar Dərnəyinin
üzvləri Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və Məmməd
Arazın şeirlərini səsləndiriblər.
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 3.