Novosibirskli tələbə-müəllim
heyəti ADMİU-nun qonağı olub
Bakıya
səfər çərçivəsində Novosibirsk Dövlət
Teatr İnstitutunun tələbə və müəllim heyəti
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində də qonaq olublar. Görüşdə
universitetin müəllimlərindən Xalq artisti Cənnət Səlimova,
əməkdar incəsənət xadimləri Fikrət Sultanov, Oqtay Babazadə, prorektorlar Çingiz
Bağırov, Rafiq Sadıqov və
Gülşən Əliyeva çıxış edərək
qonaqları salamlayıblar, onlara yeni yaradıcılıq uğurları diləyiblər.
Qonaqlar paytaxtımız haqqında təəssüratlarını
bölüşüblər. Yaradıcı söhbət, təcrübə
mübadiləsi, gələcək planlarla
bağlı müzakirələr aparılıb. Sonra ADMİU-nun tədris
teatrında novosibirskli tələbələrin
ifasında konsert proqramı nümayiş olunub.
Mədəniyyət.- 2014.- 23
aprel.- S. 8.