“Xətt və boya

 

Azərbaycan və gürcü xanım rəssamların sərgisi

 

Mədəniyyət və Turizm NazirliyiMilli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Azərbaycan rəssamı İnna Kostinagürcü fırça ustası Liya Şvelidzenin əsərlərindən ibarət “Xətt və boya” adlı sərgi keçirilir.

Azərbaycanın istedadlı və çoxşaxəli yaradıcılıq diapazonuna malik tanınmış rəssamlarından olan İnna Kostina 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə Moskva İncəsənət Texnikumunun rəngkarlıq fakültəsini, 1989-cu ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun bədii filmteleviziya üzrə quruluşçu rəssam fakültəsini bitirib.

Çoxcəhətli yaradıcılığa və istedada malik olan rəssam bir çox yerlixarici müsabiqələrin laureatı və diplomçusu, Azərbaycanda və xarici ölkələrdə keçirilən 250-dən artıq sərginin iştirakçısıdır. Əsərləri Bakı, Qazaxıstan, İtaliya, Almaniya, Türkiyə, Gürcüstan, Norveçin ən tanınmış muzey və qalereyalarında nümayiş etdirilib. 1996-cı ildən “7 əlvan kəpənək” uşaq incəsənət studiyasının yaradıcısı və rəhbəridir. Əl işləri Azərbaycan Milli İncəsənət Muzeyində, Müasir İncəsənət Muzeyində, Rusiyanın Tomsk Vilayət İncəsənət Muzeyində, Gürcüstanın “Old Gallery” və “Karvasla Muzey Mərkəzi”ndə, İtaliyanın “II Leone İncəsənət Mərkəzi”ndə, eyni zamanda Azərbaycanda və 25-dən artıq xarici ölkədə şəxsi kolleksiyalarda saxlanılır.

Liya Şvelidze məşhur rəssam Bedjan Şvelidzenin ailəsində doğulub. Gürcüstan Rəssamlıq Akademiyasında təhsil alıb. Məşhur gürcü avanqardistlərinin “Marjanaşvili Studioqrupunun fəal üzvü kimi bir çox ölkələrdə sərgilərdə iştirak edib. Əsərlərində əsas mövzu bütün zamanların əsas qəhrəmanı olan qadın obrazıdır.

“Xətt və boya” adlı sərgi aprelin 18-dən muzeyin Niyazi 11 ünvanında yerləşən binasında keçirilir.

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 16.