“Eurovision-2014” təmsilçimiz Rusiyada çıxış edib

 

Aprelin 20-də Moskvada “Eurovision-2014” mahnı müsabiqəsinin rəsmi Rusiya gecəsi keçirilib. Gecədə Azərbaycanın “Eurovision-2014”də təmsilçisi Dilarə Kazımova, habelə Tolmaçova bacıları (Rusiya), TEO (Belarus), Kristina (Moldova), Meq (İsrail) başqaları iştirak ediblər.

Rusiya paytaxtı Azərbaycan təmsilçisinin müsabiqə ərəfəsində səfər etdiyi dördüncü şəhərdir. Bundan öncə Niderlandda, Litvada Macarıstanda olan müğənni daha bir neçə ölkəyə səfər edəcəyini tezliklə əsas məşqlərə başlayacağını vurğulayıb.

Dilarə Kazımova “Start a Fire” mahnısını mayın 6-da Kopenhagendə “Eurovision-2014” müsabiqəsinin birinci yarımfinalında 8-ci nömrə altında təqdim edəcək. 59-cu “Eurovision” müsabiqəsinin ikinci yarımfinalı mayın 8-də, finalı isə 10-da olacaq.

 

Mədəniyyət.- 2014.- 23 aprel.- S. 16.