Rusiya universiteti ilə
anlaşma memorandumu imzalanıb
Azərbaycan Turizm İnstitutu (ATİ) və Şimali Qafqaz Federal Universiteti (Rusiya Federasiyası) arasında anlaşma memorandumu imzalanıb. İnstitutun
mətbuat xidmətindən
bildiriblər ki, iki ali təhsil ocağı arasında imzalanmış
sənəddə elmi
konfransların təşkili,
elmi tədqiqatların
aparılması, müştərək
layihələrin işlənib
hazırlanması, informasiya,
tələbə-müəllim mübadiləsi nəzərdə
tutulub. Sənədi ATİ-nin prorektoru
Eldar Aslanov və Şimali Qafqaz Federal Universitetinin prorektoru Vladimir Şapovalov
imzalayıblar.
Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.