İordaniya Kral Mədəniyyət
Mərkəzində Azərbaycan musiqisi
İordaniyanın paytaxtı Əmmandakı Kral Mədəniyyət Mərkəzində bu ölkədə musiqi tədrisi ilə məşğul olan azərbaycanlı Teymur İbrahimov tərəfindən əsası qoyulmuş “Prima” skripkaçılar ansamblının konserti olub.
Almaniyanın Cənubi Vestfaliya (Südwestfalen) regionunun Filarmoniya Orkestrinin konsertmeysteri Anar İbrahimov solo ifa edib.
İordaniyada fəaliyyət göstərən Musiqi Evinin və Azərbaycan səfirliyinin əməkdaşlığı çərçivəsində gerçəkləşən konserti diplomatlar, İordaniya parlamentində Azərbaycanla dostluq qrupunun üzvləri, ictimaiyyət nümayəndələri izləyib.
Əsası 2011-ci ildə qoyulan “Prima” skripkaçılar ansamblı regionda yeganə belə musiqi qrupu hesab edilir. Dinləyicilər tərəfindən maraqla qarşılanan konsertdə Qara Qarayevin “İldırımlı yollarla” baletindən və “Don Kixot” simfonik qravürlər silsiləsindən, Asəf Zeynallının “Muğamsayağı” əsərindən hissələr, Brams, Şubert, Rossini, Şostakoviç və Vivaldinin əsərləri səsləndirilib.
“Prima” skripkaçılar
ansamblının yaradıcısı T.İbrahimov
1958-ci ildə Bakıda anadan olub, indiki Bakı Musiqi Akademiyasını bitirib.
Azərbaycan Dövlət Filarmoniyasının orkestrində
çıxış edib. İordaniyada
musiqi fəaliyyəti ilə
yanaşı, Suriya Milli
Simfonik Orkestrinin üzvü olub. 2009-cu ildən
İordaniya Universitetində skripka müəllimidir.
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 4.