Litva universitetinin prezidenti
ATİ-nin qonağı
olub
Litva SMK Tətbiqi
Elmlər Universitetinin
prezidenti Gabrija Skucaite və Klaypeda qərargahının
Tədris işləri
üzrə müdir müavini Neringa Cekanaviciene Azərbaycan Turizm İnstitutunda olublar. İnstitutun tədris işləri
üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin
müdiri Nərminə
Abdullayeva və beynəlxalq əlaqələr
şöbəsinin əməkdaşlarının
iştirak etdiyi görüşdə qonaqlar
ATİ-də kadr hazırlığı prosesinə
böyük maraq göstərdiklərini bildiriblər.
Litvanın SMK Tətbiqi Elmlər
Universitetinin prezidenti bu təhsil ocağı haqqında məlumat verib. Qeyd edib ki,
1994-cü ildə yaradılan
universitetdə ümumilikdə
16 ixtisas üzrə
2100 tələbə, o cümlədən
200 nəfər turizm və qonaqpərvərlik fakültəsində təhsil
alır.
Qonaqlar Litva universiteti ilə ATİ arasında tələbə-müəllim
mübadiləsi, beynəlxalq
proqram və layihələrdə birgə
iştirakla bağlı
təkliflərin tezliklə
reallaşacağına əmin
olduqlarını bildiriblər.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 9.