Bədii fotoqrafiya və fotobərpa üzrə ustad dərsləri
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin tərəfdaşlığı ilə “Gənclər üçün bədii fotoqrafiya və fotobərpa üzrə ustad dərsləri” layihəsinin icrası başlanıb. Təqdimatda çıxış edən “V.S. Training Center” Psixoloji Təlim Mərkəzinin əməkdaşı Toğrul Muxtarov və “Miras” İctimai Birliyinin mədəni irs şöbəsinin müdiri Gülşən Hüseynova layihə barədə məlumat veriblər.
Bildirilib ki,
ötən ilin noyabrında “Miras” İctimai Birliyinin üzvləri Elnur
Əliyev və Zəka Babazadə Misirin
paytaxtı Qahirədə keçirilən “Antik
fotoların konservasiya-bərpası” üzrə seminar və təlimdə fəal iştirak ediblər. Bu
layihədə isə onlar öz
biliklərini gənclərlə bölüşəcəklər.
Ustad dərslərini həmçinin
tanınmış fotoqraf Məmməd Rəhimov
aparacaq. Layihəyə 80-dən çox gənc cəlb olunub.
Mədəniyyət.- 2014.- 16
aprel.- S. 14.