Tarixi irsin qorunması hər zaman diqqət mərkəzindədir

 

“İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib

 

Aprelin 18-də Bakıda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhərin dünya əhəmiyyətli abidələri” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev açıb. O, İçərişəhərdə yerləşən tarixi abidələrin qorunub saxlanması və bərpası üzrə həyata keçirilən tədbirlərdən danışaraq qeyd edib ki, bu genişmiqyaslı işlər Prezident İlham Əliyevin xalqımızın milli-mədəni irsinə diqqəti və qayğısı sayəsində mümkün olub. Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu zəngin tarixi-memarlıq irsimizin incilərindən olan İçərişəhərin mədəni sərvətlərinin qorunub saxlanması və təbliğində çox böyük rol oynayır.

2006-cı il avqustun 18-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində tarixi-memarlıq abidələrinin bərpası və qorunması haqqında” sərəncam imzalayıb. Sərəncamın icrası çərçivəsində İçərişəhərin ərazisində yerləşən abidələrin bərpası və konservasiyası üzrə xeyli görülüb.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Bakının tarixi mərkəzinin konservasiyası üzrə Baş Plana uyğun olaraq 2009-cu ildə Qız qalasında konservasiya işləri başlanıb. Konservasiya işləri avstriyalı məşhur bərpaçı-mütəxəssis, dünyanın müxtəlif guşələrində 400-dən çox abidəni bərpa etmiş Erix Pummerin rəhbərliyi ilə yerlixarici mütəxəssislər tərəfindən həyata keçirilib. Konservasiya prosesini müşayiət edən elmi araşdırmalar abidənin tarixinin öyrənilməsinə və onun təyinatının aşkar edilməsinə töhfələr verib.

Konfransda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, ölkəmizdə tarixi irs obyektlərinin qorunub saxlanması və onlara qayğıkeş münasibət hər zaman aktual məsələ kimi diqqət mərkəzindədir: “Artıq indi etiraf etmək olar ki, İçərişəhər həqiqətən Azərbaycanın turizm və mədəniyyət mərkəzinə çevrilib”.

Nazir bu mühüm işə göstərilən diqqət və dəstəyə görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili Gülçöhrə Məmmədova və Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə də çıxış ediblər.

Sonra mövzu üzrə məruzələr dinlənilib. Azərbaycan Müəlliflik Hüquqları Agentliyinin sədri Kamran İmanovXunzar-Günzar (Qız qalası) - ümumqafqaz fenomenidirmövzusunda, avstriyalı məşhur bərpaçı-mütəxəssis, “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erix PummerDünya əhəmiyyətli məşhur Qız qalası və Məhəmməd məscidi abidələrinin konservasiyası” mövzusunda məruzələrlə çıxış ediblər.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 3.