Ölkəmizin turizm imkanları RusiyaAlmaniyada təbliğ olunur

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Rusiyadan ölkəmizə turistlərin cəlb olunması məqsədilə və Rusiyada təbliğat kampaniyası çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən 45 saniyəlik yeni reklam çarxı hazırlanıb.

Reklam çarxı aprelin 10-dan başlayaraq Rusiyanın məşhur "Rossiya-1", "STS", "Kanal-5” (Sankt-Peterburq) telekanallarında yayımlanır. Rusiya kanallarında ölkəmizin turizm imkanlarının reklam nümayişi 3 ay davam edəcək.

* * *

Azərbaycanın turizm potensialının Almaniya turizm bazarında təbliğ olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Almaniyanın “Aviareps” şirkəti arasında müqavilə imzalanıb. 1994-cü ildən fəaliyyət göstərən şirkət aviasiyaturizm bazarının artan tələbatını ödəmək məqsədilə yaradılıb. Şirkət hazırda 60-a yaxın ölkənin turizm imkanlarının xaricdə təbliği ilə məşğuldur.

 

Mədəniyyət.- 2014.- 18 aprel.- S. 3.