Ömər Eldarov “Birlik
ulduzları-2014” mükafatına layiq görülüb
Azərbaycanın Xalq rəssamı, akademik Ömər Eldarov “Birlik ulduzları-2014” mükafatının laureatı olub. Laureatlar arasında MDB-nin 8 ölkəsindən tanınmış alimlər, rəssamlar, artistlər və ictimai xadimlər, o cümlədən A.P.Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri Oleq Tabakov və başqaları var.
Aprelin 17-də Rusiya Dövlət Akademik Böyük Teatrının Bethoven salonunda MDB-nin humanitar sahədə əsas mükafatının - “Birlik ulduzları”nın təntənəli təqdimetmə mərasimi keçirilib.
Dövlətlərarası “Birlik
ulduzları” mükafatı MDB-nin Humanitar Əməkdaşlıq üzrə
Şurası və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu (DHAF) tərəfindən 2009-cu ildə təsis
edilib. Mükafat hər
il elm və təhsil,
mədəniyyət və incəsənət sahələrində
ən əhəmiyyətli nailiyyətlərə görə
təqdim olunur. DHAF-ın idarə heyətinin
sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.
Mədəniyyət.- 2014.- 18
aprel.- S. 3.