Daha bir filmimiz Kann festivalında
Gənc
rejissorlar Elmar İmanovun və Engin Kundağın birgə işi olan “Torn” (“Ayrı”) filmi Kann festivalının
“Rejissor həftəliyi”
proqramına salınıb.
Film iki ayrı
dünya (ata və oğul) haqqında qısametrajlı
ekran əsəridir.
“Fil Production” (Azərbaycan) və “Color
of May” (Almaniya) şirkətlərinin
lentə aldığı
filmdə Mirmövsüm
Mirzəzadə, Zülfiyyə
Qurbanova və Rasim Cəfər çəkilib. Xatırladaq
ki, Elmar İmanovun “Tabutçunun yelləncəyi” filmi
2012-ci ilin tələbə
“Oskar”ına layiq görülüb.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin
sifarişi ilə "Azərbaycanfilm"
kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsal etdiyi "Sonuncu" qısametrajlı bədii filmi (rejissor Sergey Pikalov) 67-ci Kann kinofestivalının əsas müsabiqə
proqramlarından olan "Qısa metr" proqramına daxil edilib. Bu, Azərbaycan
kinosu tarixində Kann
festivalının əsas müsabiqə proqramında yer alan ilk
ekran əsəridir.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 3.