Gənc musiqiçi beynəlxalq müsabiqənin qalibi olub
Aprelin 14-dən 20-dək Fransanın paytaxtı Parisdə gənc ifaçıların XXV “Flame” beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə 39 ölkədən ifaçılar fortepiano, skripka, violonçel və vokal nominasiyalarında yarışıblar.
Bakıdakı Bülbül
adına orta ixtisas musiqi məktəbinin IX sinif
şagirdi Cəmilə Əsgərzadə
müsabiqədə uğurla
çıxış edərək birinci
yerə layiq görülüb.
Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində
dərs alan gənc skripkaçı bu müsabiqədən əvvəl Tbilisi şəhərində keçirilən
“Gələcəyin ulduzları” adlı konsertdə Azərbaycanı
layiqincə təmsil edib.
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 4.