“Anamın kitabı” pyes
müsabiqəsinə yekun vurulub
Filologiya üzrə fəlsəfə doktoru
Şəmil Sadiqin ideyası və təşəbbüsü
ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.az”
saytının və Dövlət Gənc
Tamaşaçılar Teatrının təşkilatçılığı
ilə keçirilən “Anamın kitabı” pyes
müsabiqəsinə yekun vurulub.
Layihənin rəhbəri, yazıçı Müşfiq Xanın bildirdiyinə görə, milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədilə təsis olunan müsabiqəyə fevral ayında start verilib.
Müsabiqəyə 50-dən çox pyes qəbul olunub. İyulun 1-dən 20-dək münsiflər heyəti əsərləri qiymətləndirib, həmçinin onlayn səsvermə keçirilib. Onlayn səsvermənin nəticəsi münsiflərin qərarına təsir etməyib. Onlayn səsvermə əsasında Zöhrə İsmayılova (“Tükənməz sərvət” pyesi) birinci yeri qazanaraq “Anamın kitabı” ədəbi mükafatının diplomuna layiq görülüb.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə münsiflər heyəti isə birinci yeri Sevinc El Sevərə (“Ürəyində arzu tut” pyesi) verib. 2-ci yeri Şəbnəm Xeyrulla (“Qırmızıpapağa yalan danışmaq olmaz”), 3-cü yeri Qanun Ümman Qahablı (“Adaxlı”), 4-cü yeri Günel Kərimli (“İşıq pulu”) tutub. Münsiflərin qərarı ilə yazıçı-dramaturq Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi “Sezar” əsərinə görə "Anamın kitabı" fəxri mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimi sentyabr
ayında keçiriləcək, ilk dörd yerin sahibinə pul mükafatları veriləcək. Müsabiqənin
birincisi olan Sevinc El Sevərin “Ürəyində
arzu tut” pyesi Gənc Tamaşaçılar
Teatrının dəstəyi ilə tamaşaya
qoyulacaq. Onluğa
düşən əsərlər toplu
şəklində nəşr ediləcək.
Mədəniyyət.-2014.-1
avqust.-S.13.