Qubada gənc istedadların əl işlərindən ibarət sərgi

 

Quba Gənclər Mərkəzində gənc istedadların əl işlərindən ibarət “Həyatını rəngləndir” adlı sərgi keçirilib. Prezident yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan sərgidə 50 gəncin 114 rəsmi, 27 keramika nümunəsi və 20-dən artıq müxtəlif toxuculuq nümunələri nümayiş etdirilib.

Layihənin gerçəkləşdirilməsində əsas məqsəd istedadlı gənclərin əl işlərini geniş ictimaiyyətə tanıtmaq və onların peşəkar fəaliyyətə həvəsləndirməkdir.

Tədbirdə çıxış edənlər bu tipli layihələrin əhəmiyyətindən danışıb, Gənclər Fondunun fəaliyyətə başlamasından sonra ölkədə gənclərin ictimai fəallığının daha da artdığını, müxtəlif məzmunlu layihələrin gerçəkləşdiyini diqqətə çatdırıblar. Qubalı gənclərdən İbrahim Orucov, Rəhman Əliyev və başqalarının əl işlərinin xarici ölkələrdə keçirilən müsabiqələrdə uğur qazandığı vurğulanıb.

 

Mədəniyyət.-2014.-1 avqust.-S.15.