Niyazinin xatirəsi yad
edilib
Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı Niyazinin vəfatının 30-cu ildönümü idi. Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edib.
Niyazinin mənzil-muzeyinin direktoru Rza Bayramov maestronun həyat və yaradıcılığından söhbət açıb, onun Azərbaycan bəstəkarlarının və peşəkar dirijorluq məktəbinin formalaşması və inkişafında, ifaçılar nəslinin yetişməsində böyük xidmətləri olduğunu vurğulayıb. Vurğulanıb ki, Hacıbəyovlar nəslinin layiqli nümayəndəsi kimi şöhrət qazanan Niyazi bir çox xarici ölkələrdə Azərbaycan musiqisini yüksək səviyyədə təbliğ və təmsil edib.
Anım mərasimi muzeydə çay
süfrəsi arxasında davam etdirilib. Qeyd edək ki, avqustun 2-də Niyazinin mənzil-muzeyində “açıq
qapı” günü idi.
Gün ərzində burada
maestronun musiqisi səslənib,
sənədli film və konsert
nömrələri nümayiş olunub.
Mədəniyyət.- 2014.- 6
avqust.- S. 14.